Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqı “Azeri Business Award - 2015” mükafatına layiq görülmüşdür.

“Business Time” jurnalı tərəfindən Azərbaycanda hər il üçün müəyyən edilmiş sahələr üzrə ən yaxşı şirkətlərin seçildiyi “Azeri Business Award” Milli Mükafatının təqdimetmə mərasimi keçirilmişdir.
“Business Time” jurnalı tərəfindən Azərbaycanda hər il üçün müəyyən edilmiş sahələr üzrə ən yaxşı şirkətlərin seçildiyi “Azeri Business Award” Milli Mükafatının təqdimetmə mərasimi keçirilmişdir.

Bununla əlaqədar olaraq “Cahan Holdinq” KŞİ, nailiyyətləri və inkişaf dinamikası nəzərə alınaraq  “İlin holdinqi" nominasiyasında “Azeri Business Award-2015” milli mükafatına layiq görülmüşdür. Təqdimat mərasimində mükafatı qəbul edən “Cahan Holdinq”in Bakı departamentinin rəhbəri Ülvi Allahyarov bu etimada görə holdinq adından öz təşəkkürünü bildirmişdir.