“Cahan Holding” KŞİ tərəfindən əsgərlərə bayram sovqatı verilmişdir.
“Cahan Holding” KŞİ Naxçıvan MR-də yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgərlərə bayram sovqatı göndərib. “Cahan Holding” KŞİ-nin Aparat rəhbəri və bir qrup nümayəndə heyəti Naxçıvan MR-da yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgərlərin görüşünə getmiş, Holdinqin rəhbəri adından onlara bu müqəddəs və şərəfli vəzifələrində uğurlar arzulamış, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, bayram sovqatı verilmişdir.