“Cahan Holding” KŞİ-nin 25 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiya Naxçıvan şəhərində “Cahan Sənaye Kompleksi”-nin ərazisində həyata keçirilib.
“Cahan Holding” Kommersiya Şirkətlər İttifaqının təşkilatçılığı ilə, 30 noyabr 2019-cu il tarixdə - Holdingin 25 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib. Aksiya Naxçıvan şəhərində “Cahan Sənaye Kompleksi”-nin ərazisində həyata keçirilib. Holdingin Naxçıvan və Bakı bölgələri üzrə işçilərinin qatıldığı aksiyada, 1000-dən çox alma, armud, şaftalı, ərik, gilas və s. ağac növü əkilmişdir. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər. Ağacəkmə aksiyasını Naxçıvan Dövlət Televiziyası öz kanalında yayımlamışdır.