“Cahan AVM” MMC-də qış mövsümünə hazırlıqla əlaqədar işçilər arasında maarifləndirmə işi aparılmışdır.
Kapitan T.Şahhüseynov qış mövsümünə hazırlıqla əlaqədar işçilərə hansı işlərin görülməli olduğu, qaz cihazlarında və su qızdırıcılarda hər hansı bir nasazlıq olarsa əvəlcədən nə etməli, evlərdə dəm qazlarının sızması zamanı sakinlərdə baş verən hansı əlamətlərin necə olduğu, bunun üçün ilkin olaraq nə etməli olduğu ilə bağlı geniş və ətraflı məlumat vermişdir. Xüsusilə fərdi evlərdə yaşayan insanların qış mövsümündə mənzillərdə istilik sobalarının quraşdırılması zamanı tüstü bacalarının mütləq açıq vəziyyətdə olmasının yoxlanılmalı olduğunu və hansı tüstü borularından istifadə olunması barədə məlumat verdi.
Tədbirin sonunda Holdinqimizin struktur bölmələrində çalışan işçilərlə maarifləndirmə işləri apardıqlarına görə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və bütün kollektivinə Holdinqimizin rəhbərliyi adından minnətdarlıq bildirilmişdir.