Biznes Mərkəzində seminar keçirilmiş və iştirakçılara TS EN ISO 9001 sertifikatı verilmişdir.
Seminarın sonunda digər şirkət və müəssisələrlə yanaşı, “Cahan Holdinq”ə məxsus “Cahan Pen” MMC-yə də Keyfiyyət İdarəetmə Sisteminə sahib olduğuna dair TS EN ISO 9001 sertifikatı verilmişdir.
Naxçıvan Biznes Mərkəzinin imkanlarında istifadə etməklə bu müəssisədə ardıcıl olaraq seminarlar keçririlir. Növbəti seminar Türkiyədən dəvət olunmuş Türkiyə Standartları İnstitutunun (TSE) Mərmərə Bölgə Koordinatorluğunun Baş Tədqiqatçısı Sərhat Canpolad tərəfindən Keyfiyyət İdarəetmə Sistemi ilə bağlı keçirilmişdir. Bu seminarda “Cahan Holdinq”lə yanaşı, Naxçıvanda fəaliyyət göstərən müxtəlif şirkət və müəssisələr də iştirak etmişlər. Təlim proqramında TSE 9001 – Keyfiyyət İdarəetmə Sistemi standartlarının yeni 2015 versiyasında nəzərə alınan dəyişikliklərin mahiyyətindən danışılmış və iştirakçılar bununla bağlı maarifləndirilmiş, bu standartlarda nəzərdə tutulan dəyişikliklərdə qeyd olunan maddələrin proseslərlə əlaqələndirilməsi məsələsinə aydınlıq gətirilmişdir. Yeni versiyadakı dəyişikliklərin tətbiqinə başlandıqdan sonra isə idarə və müəssisələrdə bu standartlarla bağlı yoxlamaların aparılması, bu zaman ortaya çıxan nöqsan və çatışmazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılma yollarının araşdırılması və müxtəlif qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı həm nəzəri məlumat verilmiş, həm də iştirakçılardan təşkil olunmuş qruplar üzrə praktiki olaraq işlər görülərək müxtəlif problemlərin həlli üsulu göstərilmişdir.
Seminarın sonunda digər şirkət və müəssisələrlə yanaşı, “Cahan Holdinq”ə məxsus “Cahan Pen” MMC-yə də Keyfiyyət İdarəetmə Sisteminə sahib olduğuna dair TS EN ISO 9001 sertifikatı verilmişdir.