Biznes Mərkəzində Naxçıvan MR İqtisadiyyat naziri ilə sahibkarların görüşü keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan F. Seyidov sahibkarlığın inkişafı üçün yaradılan münbit zəmindən danışmış, kənd təsərrüfatı və sənayenin inkişafında ciddi addımlar atıldığını söyləmiş, sahibkarların fəaliyyətinə ciddi əhəmiyyət verilməsindən söhbət açmış, sahibkarlıq fəaliyətinin inkişafına zəmin hazırlamaq üçün dövlətin diqqət və qayğısını nəzərə çatdırmışdır. Sahibkarların fəaliyyətinin nazirlik tərəfindən daim yaxından izlənildiyini, istehsal olunan məhsulların keyfiyyət və qiymətləri ilə bağlı monitorinqlərin aparıldığını vurğulayan nazir Naxçıvan MR Ali Məclisin Sədri cənab Vasif Talıbovun tapşırıqları əsasında inkişafa nail olunduğunu diqqətə çatdırmışdır. Nazir F.Seyidov gündəmdə olan əsas məsələnin sahibkarların problemlərinin öyrənilməsi və maneələrin aradan qaldırılması olduğunu vurğulamış, bu məqsədlə onlara lazımi köməkliyin göstəriləcəyini qeyd etmişdir.
Daha sonra çıxış edən NSK-nın sədri V. Abbasov öz nitqində Naxçıvan MR Ali Məclisin Sədri cənab V. Talıbovun “Sahibkarlar cəmiyyətin ən hörmətli insanları sırasındadır” sözlərini xatırladaraq sahibkarlıq fəaliyyətinin əhəmiyyətindən danışmış, bu fəaliyyətin böyüyüb inkişaf etməsi üçün dövlət tərəfindən hər cür köməkliyin və dəstəyin verildiyini qeyd eləmişdir.
Sonrakı dəqiqələrdə fəaliyyəti ilə bağlı problemlərlə üzləşən sahibkarlar çıxış etmiş, onların qarşılaşdıqları maneələrdən birgə çıxış yolu tapmaq üçün fikir mübadiləsi aparılmış, aidiyyatı orqanlara bildirilməsi üçün lazımi qeydlər götürülmüşdür.