18 dekabr 2019-cu il tarixdə Caspian Business Award 2019 beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.
“Cahan Holding” KŞİ 2019-cu ilin Holdingi seçilmişdir.
18 dekabr 2019-cu il tarixdə Hyatt Regensy Baku Hyatt Hall-da “Cahan Holding” KŞİ-nin sponsorluğu ilə Caspian Business Award 2019 beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən Caspian European Clubun sədrinin birinci müavinivə baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, mükafat ilin yekunlarına görə Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisində istehsalat və sosial sahələrdə daha fəal iştirak etmiş şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, nəqliyyat logistikası, aqrosənaye, təhsil və s. sahələrini əhatə edir. "Nominantlar dünyanın 50-dən artıq ölkəsindəki şirkətlərin yüksək və orta səviyyəli menecerləri arasında keçirilən sorğu əsasında müəyyənləşib" - deyə Telman Əliyev əlavə edib.Tədbirdə dövlət qurumların, nazirliklərin, Caspian European Clubun üzv şirkətlərinin rəhbərləri iştirak ediblər. “Caspian Business Award 2019 “ mükafatının qalibləri arasında, nominasiyalar üzrə “Cahan Holding” KŞİ 2019-cu ilin Holdingi seçilmişdir. Bununla əlaqədar bütün Cahan kollektivini təbrik edirik, gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.