17-19 May tarixlərində "Cahan Tobacco International" “InterFood” adlı Beynəlxalq Qida sərgisində iştirak edib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 10 avqust 2017-ci il tarixdə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”-nı təsdiq edəndən sonra, “Cahan Tobacco International” şirkəti tütün yetişdirmə və hazır məhsul istehsalı üzrə fəaliyyətini ildən-ilə daha da gücləndirir və tütün əkini sahələrini hər il genişləndirərək məhsuldarlığı artırmaqda davam edir.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova Cahan Tobacco International - CTI stendini ziyarət etmiş və şirkətin gördüyü işlərin Respublikanın kənd təsərrüfatının inkişafına verdiyi töhfələrə dair öz müsbət rəylərini bildirmişdir.
Ən çox ziyarət olunan stend adını qazanan “Cahan Tabak” şirkəti ölkəmizin iqtisadiyyatının inkişafı naminə fəal fəaliyyətini uğurla davam etdirəcək və “Made in Azerbaijan” brendi altında dünya bazarında ölkəmizi laiqincə təmsil etməkdə davam edəcək.