Naxçıvan Universitetinin tələbələri ilə görüş keçirilmişdir.

24 aprel 2017 – ci il tarixdə Cahan Holdinqin prezidenti V. Abbasovun tələbələrlə növbəti görüşü olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” sərəncamının icrasına uyğun olaraq V. Abbasov Naxçıvan Universitetinin İqtisad fakültəsinin tələbələri ilə görüş keçirib. Görüşü giriş sözü ilə universitetin rektoru İsmayıl Əliyev açıb.
“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov “Cahan Holdinq” Şirkətlər İttifaqının yaranma tarixi və fəaliyyət sahələri haqqında tələbələrə geniş məlumat verib.
Tədbir diskussiya şəklində davam edib, tələbələrin sualları V. Abbasov tərəfindən cavablandırılıb.