“Əyləncə adası”nda Azərbaycan ulduzlarının iştirakı ilə konsert proqramı keçirilmişdir.

9 iyul 2016-cı il tarixində sosial yönümlü tədbirlərin icrası olaraq Cahan AVM-in təşkilatçılığı ilə “Əyləncə adası”nda Azərbaycanın tanınmış ulduzlarının iştirakı ilə konsert proqramı baş tutmuşdur.
9 iyul 2016-cı il tarixində sosial yönümlü tədbirlərin icrası olaraq Cahan AVM-in təşkilatçılığı ilə “Əyləncə adası”nda Azərbaycanın tanınmış ulduzlarının iştirakı ilə konsert proqramı baş tutmuşdur.

Konsert proqramı insanların istirahətlərinin səmərəli qurmaları, asudə vaxtlarının dolğun və mənalı keçirmələri məqsədi ilə təşkil olunmuş, hamı üçün açıq olmuşdur. Konserti peşəkar aparıcı Könül Muxtarova aparmış, mahnı nömrələrini tanınmış ifaçılar Aysel Əlizadə, Damla və Rəhim Rəhimli oxumuşlar.

Konsert olduqca şən və maraqlı keçmiş, iştirakçılar əylənmişlər. Əyləncəli konsert proqramında uşaqlara sürpriz hədiyyələr də verilmişdir.