“Cahan Sənaye Kompleksi” MMC – də yeni yaradılmış istehsal müəssisəsini yerli sahibkarlar ziyarət etmişdir.

Mayın 22-də “Cahan Sənaye Kompleksi” MMC tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsinə yerli sahibkarlar dəvət edilmişdir.
Müəssisə rəhbərliyi tərəfindən məlumat verilmişdir ki, plastik boru, profil və aksesuarların istehsalı ilə məşğul olan müəssisənin məqsədi daxili bazarı yüksəkkeyfiyyətli tikinti materialları ilə təmin etməkdir. Burada quraşdırılmış tam avtomatlaşdırılmış avadanlıqlarla müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. Bu avadanlıqlar vasitəsilə məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığının, o cümlədən xammalın tərkibinin yoxlanması da mümkündür. Burada istehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib.