Cahan Holdinq “Biznesdə Uğur” mükafatı ilə təltif edildi

“Cahan Holding” Kommersiya Şirkətlər İttifaqı “Biznesdə Uğur” mükafatı ilə təltif edildi.
“Cahan Holding” KŞİ Naxçıvan Muxtar Respublikasının sosial – iqtisadi inkişafında fəaliyyətinə, mütərəqqi istehsal sahələrinin yaradılmasına, investisiyaların təşviqi istiqamətində tövhələrinə, milli sahibkarlığın mütəşəkkilliyinin artırılmasında, biznesin inkişafında xidmətlərinə və dövlətin hərtərəfli dəstəyi müqabilində xeyriyyəçilik tədbirlərində iştirakına görə “Biznesdə Uğur” mükafatı ilə təltif olunub, “İlin Şirkəti” adına laiq görülmüşdür.