25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi (World Food) Azerbaijan 2019 sərgisi

15 - 17 may 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi (World Food) Azerbaijan 2019 sərgisi keçirilmışdir.
Cahan Tobacco International MMC-i də 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi (World Food) Azerbaijan Sərgisində öz məhsullarını təqdim etmişdir.
Cahan Holdingin Prezidenti Vüqar Abbasov sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Cahan Tobacco İnternational MMC -nin istehsal etdiyi məhsullar haqqında geniş məlumat vermişdir.
2006-cı ildə Naxçıvan Muxtar Respublikasında Azərbaycanın milli siqaret istehsalı müəssisəsi kimi fəaliyyətə başlayan Cahan Tobacco beynəlxalq sərgilərdə məhsullarını təqdimata çıxarmışdır.
 Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017 - 2021-ci illər üçün dövlət proqramının icrasında Cahan Tobacco İnternational MMC Muxtar Respublikasında tütünçülüyün bərpası, yerli siqaret istehsalı və ixracı kimi sahələrdə qısa zamanda lazımı tədbirlər həyata keçirmişdir.
Bərpa olunan tütünçülük ənənəsi dünyada məhşur olan beynəlxalq  standartlara cavab verən, keyfiyyətli klassik Oriental və Virginia tütün növlərinin Naxçıvan Muxtar Respublikasında yetişdirilməsinə imkan vermişdir. Hazırda fabrikdə bir neçə çeşiddə filtirli siqaretlər istehsal olunur. Şirkətdə istehsal prossesinin keyfiyyətli xammal və beynəlxalq standartlara cavab verən müasir texnologiyaya əsaslanması, daxili bazarla yanaşı, xarici bazarlara inteqrasiya etmək imkanı yaradır. Belə ki, şirkət Made İn Azerbaijan markasını istər yerli, istərsədə dünya bazarında ugurla təmsil edir.
 Naxçıvan  Muxtar Respublikasında  yetişdirilən keyfiyyətli tütün məhsulları Azərbaycanın ilk qəlyanı SHAKH markasındada istifadə olunur.