Cahan_Az

Xəbərlər

Ümummilli Liderin xatirəsi yad edildi.

8 may 2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Cahan Şirkətlər Qrupu MMC-nin rəhbərliyi və əməkdaşları dahi şəxsiyyətin abidəsini ziyarət etmişlər. Ziyarət zamanı abidə önünə gül dəstələri düzülərək Azərbaycan xalqının ümummilli liderinə dərin hörmət və ehtiram ifadə olunmuşdur.

 

Anım tədbiri çərçivəsində kollektiv Heydər Əliyev Muzeyi qarşısında xatirə şəkli çəkdirmiş, Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin inkişafı naminə göstərdiyi misilsiz xidmətlər bir daha böyük ehtiramla yad edilmişdir.