Cahan_Az

Xəbərlər

Yanvarın 29-da Ankara şəhərində Türkiyə–Azərbaycan–Özbəkistan biznes forumu keçirilib.

Yanvarın 29-da Ankara şəhərində Türkiyə–Azərbaycan–Özbəkistan biznes forumu keçirilib.


Biznes forumda üç ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və region üçün strateji əhəmiyyət daşıyan investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib.


Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər. Qeyd edək ki, tədbirdə “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak edib.