Naxçıvanda tütünçülüyün inkişafına başlanılmışdır.
Xammalın idxaldan asıllığnı aradan qaldırmaq üçün dövlət proqramının icrası olaraq “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı Kəngərli rayonunun Təzəkənd, Xıncab və Qarabağlar kəndlərinin ərazilərində tütün əkininə başlamışdır və gələcəkdə tütün mərkəzi tikilməsi planlaşdırılır. Bu mərkəzdə istixanalar, qəbul və tütünqurutma sahələri yaradılacaq, laboratoriya qurulacaq və yeni iş yerləri açılacaq.