Naxçıvanda 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018” keçirilib.
İyunun 14-də Naxçıvan Biznes Mərkəzində 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018” keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirmişdir ki, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən iş adamlarına düzgün istiqamət verməyi özünün əsas vəzifələrindən biri hesab edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarların hüquqlarını qorumağa, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək, yaradılmış şəraitdən maksimum istifadə olunmasına köməklik göstərməyə çalışır. Bunun üçün hazırda muxtar respublikamızda hər cür münbit şərait və əlverişli biznes mühiti vardır.
Forum iştirakçıları “Cahan Sənaye Kompleksi” MMC-də olmuş, burada panel radiator və dam örtükləri, plastik boruların istesal prosesini izləyiblər.qonaqlara istehsal prosesi barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, müəssisələrin istehsal etdikləri keyfiyyətli məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, digər ölkələrə də ixrac olunur.