“Cahan Sənaye Kompleksi” MMC Azərbaycan ixrac missiyası çərçivəsində Türkiyədə olub.
Missiya çərçivəsində türk iş adamları ilə ikitərəfli görüşlər keçirilib.
23-27 oktyabr tarixində keçirilən ixrac missiyasına qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi səhələrində fəaliyyət göstərən 19 Azərbaycan şirkəti daxildir. Tədbirdə “Cahan Sənaye Kompleksi” MMC də iştirak etmişdir. Missiya çərçivəsində türk iş adamları ilə ikitərəfli görüşlər keçirilib, “Cahan Sənaye Kompleksi” MMC məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb.