Cahan Holdinqin əməkdaşları Heydər Əliyev Sarayında təşkil edilmiş sərgidə iştirak etmişlər.
Sentyabrın 28-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan MR Ali Məclisinin Sədri yanında Bilik Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərginin açılışı olub. Sərgi oktyabrın 8-dək davam edəcək. Dövlət qayğısı sayəsində yaradılan şərait qadınların və fiziki qüsurlu şəxslərin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır.
Cahan Holdinqin bir qrup əməkdaşı da sərgidə iştirak etmişdir.
Cahan Holdinqin bir qrup əməkdaşı da sərgidə iştirak etmişdir.