“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov tələbələrlə görüşüb.
Tədbirbirdə tələbələri maraqlandıran suallar cavablandırıldı.
“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində və "Naxçıvan" Universitetinin İqtisadiyyat fakültəsində təhsil alan tələbələrlə görüşmüşdür. Vüqar Abbasov “Cahan Holdinq” Şirkətlər İttifaqının yaranma tarixi və fəaliyyət sahələri haqqında geniş məlumat vermişdir.