“Cahan Holdinq” KŞİ-də Keyfiyyət İdarəetmə Sistemi və Qida Təhlükəsizliyi İdarəetməsi ilə bağlı təlim proqramı keçirilir.
“Cahan Holdinq” KŞİ-nin idarə və müəssisələrində keyfiyyət idarəetmə sisteminin (KİS) formalaşdırılması, proseslərin daima nəzarətdə saxlanılması yolu ilə keyfiyyətin yaxşılaşdırılması məqsədilə təlim proqramı təşkil olunmuşdur.
“Cahan Holdinq” KŞİ-nin idarə və müəssisələrində keyfiyyət idarəetmə sisteminin (KİS) formalaşdırılması, proseslərin daima nəzarətdə saxlanılması yolu ilə keyfiyyətin yaxşılaşdırılması məqsədilə təlim proqramı təşkil olunmuşdur. Proqrama holdinqin əsas kadrları, keyfiyyət idarəetməsi üzrə mütəxəssisləri, istehsalat rəisləri və digər məsul şəxsləri cəlb olunmuşlar. Proqram ISO 9001 – Keyfiyyət İdarəstmə Sistemi və ISO 22000 – Qida təhlükəsizliyinin idarəedilməsi və şirkətdə lazımi sənədləşdirmələrin aparılması kimi əsas məsələləri əhatə edir. Bununla bağlı müzakirə və praktiki məsələ həllinə də yer verilən təlim proqramında iştirakçıları maraqlandıran müxtəlif suallar da cavablandırılmaqdadır.
Təlim proqramı Türkiyə Standartları İnstitutunun Biogenetika və Qida Laboratoriyasının müdiri Sərhat Canpolad tərəfindən aparılır.