Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tədbiri giriş sözü ilə açaraq görüşün mahiyyətindən, müzakirə olunacaq məsələlərin ümumi işə verə biləcək səmərəsindən danışıb.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə əlaqəli dövlət qurumları tərəfindən görülən işlərin həcminin daha da artırılması, sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi ilə bağlı təkliflərlə çıxış edib və bu cür görüşlərin əhəmiyyətini qeyd edib.
Sonra xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə diskussiya olub.