Bakida Çinin ən lüks biznes sedanı Hongqi H9-un təqdimatı keçirilib.
9 İyul 2021-ci il tarixində Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısının Azərbaycanda rəsmi nümayəndəsi “Cahan Motors” şirkəti tərəfindən Bakıda Hongqi H9-un təqdimatı keçirilib.
Hongqi H9 sedanı 2.0 Turbo V4 və 3.0 Turbo V6 mühərrik variantları ilə 4 komplektasiyada təklif edilir: 2.0T Luxury Edition, 2.0T Exalted Edition, 3.0T Flagship Edition və 3.0T Flagship4 seat Edition. Hongqi H9-un uzunluğu 5 metrdən (5137 mm), ön və arxa asqılar arasında məsafə isə (təkər bazası) 3 metrdən çoxdur. H9-un 2.0L mühərrik ilə təchiz edilən versiyası 100 kilometrə 7,1 litr, 3.0L mühərriklə təchiz edilən versiyası isə 9 litr yanacaq sərf edir. Hongqi H9-da 10 ağıllı, 13 təhlükəsizlik sistemi mövcuddur.