Avstriya səfiri “Cahan Tabak” və “Cahan Pen”də olmuşdur.
Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Cahan Holdinq” KŞİ-yə məxsus şirkətlərdə də olmuşdur.
Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Cahan Holdinq” KŞİ-yə məxsus şirkətlərdə də olmuşdur. Səfir bir neçə nümayəndə heyəti ilə “Cahan Tabak” MMC və “Cahan Pen” MMC-ni ziyarət etmişdir. Burada qonaqlara müəssisə rəhbərləri tərəfindən şirkət barəsində və istehsal olunan məhsullar haqqında geniş məlumat verilmişdir. Qonaqlar müəssisəni gəzmiş, iş prosesi ilə yaxından tanış olmuşlar.