Cahan_Az

2019-cu il tarixdə Naxçıvan şəhərində yeni “Ümid-74”MTK yaşayış kompleksinin təməli qoyulub və istifadəyə verilib. Ümumi İnşaat sahəsi 22325 m²-dir. Yaşayış kompleksi 378 mənzil olmaqla 9 mərtəbəli 8 blokdan ibarətdir. Binaların ümumi hündürlüyü 33.5 m-dir.
Kompleksin tikinti işləri tamamilə başa çatdırılmışdır. İlkin mərhələdə 216 mənzilli A, B, G və F bloklarının inşası uğurla həyata keçirilmişdir.

İnşa olunan hər bir binada daxili təhlükəsizliyin təmin edilməsi üçün yanğın su dolabları, damper havalandırma sistemi yaradılıb. Hər bir binada Alman istehsalı olan “Şindler” markalı liftlər, “Vilo” markalı su nasosları quraşdırılıb.
Binanın ətrafında 26 iaişə obyekti, avtopark, uşaqlar və böyüklər üçün istirahət parkı salınmışdır.
İnşa olunan mənzillər ipoteka və sərbəst satışlar vasitəsilə əhalinin istifadəsinə təqdim edilmişdir.

“Ümid-74”MTK yaşayış kompleksi Naxçıvanda həyata keçirilən tikinti-quruculuq işlərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Hər il yeni yaşayış binaları inşa olunur, mövcud binalar yenidən qurularaq istifadəyə verilir. Həyata keçirilən tədbirlər ailələrin kommunal-məişət şəraitini daha da yaxşılaşdırır, sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı da yaradılmış şəraitdən bəhrələnərək öz layihələri ilə muxtar respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak edir.

Belə layihələrdən biri də Naxçıvan şəhəri 49-cu məhəllədə istifadəyə verilən “Ümid-74”MTK yaşayış kompleksidir. Təməli 2020-ci ilin iyun ayında qoyulan yaşayış kompleksinin ümumi sahəsi 22 min 325 kvadratmetrdir. Şəhərcikdə 20 min 300 kvadratmetr tikinti quruculuq işləri aparılmış, 4 ədəd 9 mərtəbəli yaşayış binası inşa edilmişdir.

Doqquz mərtəbəli yaşayış binalarının hər biri 54 mənzillidir. Binalarının hər mərtəbəsində sahəsi 96,1-95,2 kvadratmetr olan 4-ü üç otaqlı, sahəsi 81,80 kvadratmetr olan 2-si iki otaqlı olmaqla 6 mənzil vardır. Ümumilikdə, 4 yaşayış binasında 192 mənzil istifadəyə verilmişdir. Mənzillərdən biri şəhid ailəsinə verilib,72 isə ipoteka krediti ilə satılmışdır.