Fəaliyyətimizin əsasını sadəlik, dəqiqlik və operativlik təşkil edir. Müxtəlif növ yüklərin vaxtında və təhlükəsiz şəkildə daşınması üçün praktik həllər təklif edirik.
Şirkətimizin inzibati və logistika binası Cahan İnşaat MMC tərəfindən inşa edilib. Müasir tikinti standartlarına uyğun olaraq qurulmuş bu infrastruktur, xidmətlərimizin daha səmərəli təşkili üçün imkan yaradır.
Bizim üçün əsas olan – yükün düzgün, vaxtında və problemsiz şəkildə ünvana çatmasıdır. Müştərilərimizlə qarşılıqlı anlaşma və uzunmüddətli əməkdaşlıq bizim üçün önəmlidir.
Əməkdaşlıq zamanı şəffaflıq, etibarlılıq və çevik yanaşma əsas prinsiplərimizdir. Biz uzunmüddətli münasibətlərə və qarşılıqlı güvənə əsaslanan əməkdaşlıq modelinə üstünlük veririk.
Tudor Logistika – yükünüz bizim məsuliyyətimizdir.