Cahan_Az

Xəbərlər

Şuşa 6-cı İƏT Biznes Forumuna ev sahibliyi edib

İyulun 2-də Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən “İƏT Həftəsi” çərçivəsində baş tutub. Forumda hökumət nümayəndələri, İƏT-nin və digər beynəlxalq qurumların təmsilçiləri, İƏT-ə üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbərləri iştirak ediblər. Forumda təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, regional investisiya imkanları haqqında müzakirələr aparılıb.

 

Nəqliyyat-logistika sistemlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid platformaların yaradılması kimi məsələlərə toxunulub. Qeyd edilib ki, özəl sektoru n regional strategiyaların formalaşdırılmasında daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının institusional əsaslarla gücləndirilməsi önəm kəsb edir. Qeyd edək ki, forumda ASK-nın vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak etmişdir. Bu mətni rus və ingilis dilinə tərcümə et. Tərcümə professional və təbii olsun.