“Cahan İnşaat” MMC “Cahan Holdinq”in nəzdində 2007-ci ildə yaradılmış, əsas fəaliyyəti yaşayış binalarının təmiri və tikinti tamamlaması ilə başlamışdır.
Cahan Əmlak 2013-cü ildə yaradılmışdır. Əsasən yaşayış və qeyri-yaşayış sahələrinin satışını və yaşayış sahələrində kommunal xidmətlərin göstərilməsini həyata keçirir.
2019-cu il tarixdə Naxçıvan şəhərində yeni “Ümid”MTK yaşayış kompleksinin təməli qoyulub və istifadəyə verilib. Ümumi İnşaat sahəsi 22325 m²-dir.
“Cahan Tabak Beynəlxalq” şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə “Keno Club”, "Fine", "Want", "Cardinal” və "Line-X" markalı filtrli siqaretlər istehsal olunur.
“Cahan Sənaye Kompleksi” ASC-də istehsal edilən bütün məhsullarımız yüksək keyfiyyətinə, standartlara və gigiyenik göstəricilərə uyğunluğuna görə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Uyğunluq Sertifikatı almışdır.
2022-ci ildə fəaliyyətə başlayan "ENNA" istehsal fabriki, Almaniyanın məşhur Krones avadanlığı ilə təchiz olunub və ildə 250 milyon banka içki istehsal gücünə malikdir.
Cahan Çay MMC 2006-cı ildən fəaliyyətə başlamışdır. Fabrikin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Müəsissə ilk olaraq Araz, Əlincə, Eleqant sonra isə Tudor markası adı ilə 100 qr, 250 qr və 500 qr-lıq çay qutularının paketlənməsi ilə istehsala başlamışdır.
ŞAH-96 MMC, yüksək keyfiyyətli tütün və siqaret məhsullarının satışı, distribusiyası və marketinqi sahəsində geniş təcrübəyə və peşəkar komandaya malik olaraq, müştərilərinə ən yaxşı məhsulları təqdim etməyi və onların məmnuniyyətini təmin etməyi hədəfləyir.
2007-ci ildə əsası qoyulan şirkət, Azərbaycanda siqar mədəniyyətinin inkişafına töhfə verərək, La Casa del Habano, C.Gars və Davidoff of Geneva mağazaları ilə premium Kuba siqarlarının rəsmi eksklüziv distribütoru olaraq fəaliyyət göstərir.
“Cahan Ticarət” MMC 2005-ci ildən Avropa ölkələrindən Azərbaycana qida məhsulları və gündəlik tələbat mallarının idxalı ilə məşğuldur. Şirkət, o cümlədən “Unilever” transmilli şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
“Magna İnşaat” MMC, geniş satış şəbəkəsi və peşəkar komandası ilə yerli bazarın inkişafına mühüm töhfələr verərək, müştəri məmnuniyyətini ön planda saxlayır.
“Viza-PB” MMC 2023-cü il tarixindən Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasında dövlət qeydiyyatından keçmişdir.
“Cahan AVM” (Cahan Alış-Veriş Mərkəzi) MMC idarəetmə, satışın təşkili, mal təminatı, muhasibat sistemi – bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilərək yaradılmışdır.
Bazar MMC-nin yaradılmasının və fəaliyyətinin əsas məqsədi xarici və yerli, fiziki və hüquqi şəxslərin tələbatı ilə bərabər,müəssisənin fəaliyyətindən alınan gəlirin əldə edilməsi, eyni zamanda müəssisənin təsisçilərinin və işçilərinin iqtisadi maraqlarının təminidir.
Ulduzlar MMC— müxtəlif sahələrdə fəaliyyət göstərən, keyfiyyət və müştəri məmnuniyyətini ön planda tutan bir şirkətdir. Müasir yanaşmalar və peşəkar komanda ilə xidmət göstərən Ulduzlar MMC etibarlı tərəfdaş olaraq tanınır.
İnşaat Bazarı, geniş çeşidli və sertifikatlı tikinti materialları ilə sektorun aparıcı təchizatçılarındandır. Burada müasir standartlara cavab verən məhsullar, həm peşəkar tikinti şirkətləri, həm də fərdi müştərilər üçün təqdim olunur.
Cahan Sənaye Kompleksi Pen satış bölməsi 2006-cı ildən fəaliyyətdədir.Bölmə dam örtükləri,panel və aliminium radiatorlar, pprc,pvc,p100 və kompozit borular,plastik profillər,fitinqlər,podoqolnik,karniz və lambir məhsullarının satışını təşkil edir.
Naxçıvan Avtomobil Zavodu 2006-cı ildə yaradılmış və 2009-cu ildə Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Çinin “Livan” şirkəti ilə imzalanan əməkdaşlıq sazişi əsasında Naxçıvanda “Livan” markalı minik avtomobillərinin istehsalına başlanılmışdır.
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan “Cahan Motors” MMC şirkəti artıq 20 ildir ki, Azərbaycanın avtomobil bazarında fəaliyyət göstərir. “Cahan Motors” MMC Çinin ən çox tanınmış brendlərindən biri olan “HONGQI” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Cahan Holdinq Şirkətlər İttifaqına daxil olan Naxçıvan Motors MMC artıq 20 ildir Azərbaycan ərazisində yerli və dünyanın müxtəlif ölkələrində istehsal olunan yeni model avtomobillərin satışını və texniki servis xidmətlərini təşkil edən aparıcı şirkətlərdən biridir
Azərbaycanda ekoloji cəhətdən təmiz, müasir tələblərə cavab verən, eyni zamanda sərnişinlər üçün yüksək komfort və təhlükəsizlik təmin edən taksi xidmətləri təklif edən qabaqcıl nəqliyyat şirkətidir.
Naxçıvan şəhərində Əziz Əliyev-2A ünvanında yerləşən "Əyləncə Adası" bölümü, 2015-ci ildən etibarən fəaliyyətə başlamış və müştərilərinin istifadəsinə təqdim olunmuşdur.
2022-ci ildən fəaliyyət göstərən Naxçıvan Palace Kompleksi, həm yerli, həm də xarici qonaqlarına yüksək xidmət göstərərək onların gələcək səyahətlərində bizi seçmələrini təmin edir. Devizimiz: "Özünüzü evinizdəki kimi hiss edin."
"Banu" Şadlıq Sarayı Naxçıvanın ən nüfuzlu məkanlarından biri olaraq, 2012-ci ildən bəri öz qapılarını xoşbəxt anlar yaşamaq istəyənlər üçün açır. Cahan Şirkətlər Qrupunun xidmət sahələrindən biri olan bu saray, müasir tərtibatı, yüksək keyfiyyətli xidməti ilə seçilir.
“Days Hotel Baku” 2009-cu ildən “Wyndham Otellər Qrupu”nun üzvü kimi 4 ulduzlu otel olaraq fəaliyyət göstərir. Otel, beynəlxalq standartlara uyğun inşa olunmuş 102 rahat otaq və peşəkar heyəti ilə qonaqlara xidmət göstərir.