Cahan_Az

Xəbərlər

Səudiyyə Ərəbistan Krallığının Məkkə şəhərində keçirilən "2-ci Məkkə Halal Forumu" artıq başa çatıb.

Səudiyyə Ərəbistan Krallığının Məkkə şəhərində keçirilən “2-ci Məkkə Halal Forumu” artıq başa çatıb.

Forum, qlobal halal bazarının inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədilə 25-27 fevral tarixlərində təşkil olunmuşdu. Forumun sərgi hissəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə qurulan Azərbaycan pavilyonunda kənd təsərrüfatı, emal sənayesi, turizm və digər xidmət sahələrini təmsil edən 15 stend fəaliyyət göstərib.

Sərgidə Cahan Şirkətlər Qrupuna daxil olan şirkətlərin məhsulları təqdim olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti də iştirak edib.