Cahan_Ru

Новости

В рамках программы, посвящённой 30-летию «Джахан» Группы Компаний, продолжаются социальные мероприятия.

«Cahan Şirkətlər Qrupunun 30 illiyi proqramı» çərçivəsində sosial tədbirlər davam edir.

Beləki, «Cahan Şirkətlər Qrupu «MMC-nin dəstəyi ilə Naxçıvan Sarayda «Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları » İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri — Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «Xüsusi Təyinatlı Qüvvələrin Veteranları, Şəhid ailələri ilə işin gücləndirilməsi» adlı layihə çərçivəsində Azərbaycan-Türkiyə qazi və şəhid ailələrinin əməkdaşlıq forumu keçirilmişdir.

«Cahan Şirkətlər Qrupu» MMC-nin aparat rəhbəri Azər Cəfərov öz çıxışında, tədbirdə iştirak edən hər iki dövlətin qəhrəman oğullarının ailə üzvlərinə, qazilərə dərin ehtiramını və minnətdarlığını bildirərək qeyd etmişdir ki, «Cahan Şirkətlər Qrupu»nun təkcə bayram və rəsmi günlərdə deyil, istər şəhid ailələrinin, istərsə də qazilərin ehtiyac duyduqları hər an onlara dəstək olmağa hazırdır.

Tədbirin sonunda iştirakçılara «Cahan Şirkətlər Qrupu» tərəfindən xatirə hədiyyələri, «Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları» İctimai Birliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.

«Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları» İctimai Birliyinin sədri Bəhruz Məmmədov «Cahan Şirkətlər Qrupu»na minnətdarlığını ifadə edərək şirkətin aparat rəhbərinə “təşəkkürnamə» təqdim edib.

Qeyd edək ki, tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun rəhbəri, «Cahan Şirkətlər Qrupu» MMC-nin aparat rəhbəri və digər dövlət nümayəndələri çıxış etmişdir.