İyulun 11-də Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Nikosiyada Türkiyə – Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Ticarət Palatalar Birliyinin birgə təşkilatçılığı ilə İqtisadi Konfrans təşkil olunub.
Konfransda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, ŞKTC Məclis sədri Ziya Öztürkler, Baş nazir Ünal Üstel və bir çox iş adamları iştirak ediblər. Görüşdə ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Türkiyə və ŞKTC-dən olan iş dünyasının nümayəndələri ilə yanaşı, tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan da iştirakçılar qatılıb. Konfransın əsas məqsədi Türkiyə ilə ŞKTC arasında iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi və Kiprli türklərin haqlı mübarizəsinə dəstək göstərilməsi olub.
Qeyd edək ki, forumda ASK-nın vitse-prezidenti ,Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak etmişdir.