Cahan_Az

Xəbərlər

Naxçıvanda Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi”nin fəaliyyəti və inkişaf perspektivləri ilə tanış olub.

Fevralın 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində olub, müəssisələrin fəaliyyəti və perspektiv inkişaf planları ilə tanış olub.

 

“Cahan Holding”in qurucusu, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov müəssisələrin mövcud istehsal gücü, tətbiq edilən müasir texnoloji avadanlıqlar, istehsal olunan məhsullar, həyata keçirilən marketinq tədbirləri və xarici bazarlara ixrac imkanları barədə ətraflı məlumat verib. Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında yeni mərhələ başlayıb. O vurğulayıb ki, dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, eləcə də sahibkarlar üçün güzəştli kreditlər və ixracyönümlü layihələrə dövlət dəstəyi regionun iqtisadi potensialının səmərəli reallaşdırılmasına xidmət edir.

 

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verən “Cahan Sənaye Kompleksi” MMC uğurlu fəaliyyəti ilə muxtar respublika iqtisadiyyatının inkişafına töhfə verir.

 

Qeyd edilib ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqına daxil olan müəssisələrin layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 16,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
Vüqar Abbasov bildirib ki, ayrılmış kredit vəsaitləri sənaye, tikinti və istehsal sahələrini əhatə edən layihələrin icrasına yönəldilib. Bu vəsaitlər hesabına 310 iş yeri yaradılıb.

 

Ölkə başçısının sahibkarlığa qayğısı ilə vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi, həmçinin göstərilən dəstək nəticəsində 2026-cı il ərzində daha 340-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Sonda Ceyhun Cəlilov muxtar respublikada sahibkarlara göstərilən dövlət dəstəyinin davamlı olacağını bildirib və “Cahan Şirkətlər Qrupu” MMC-yə gələcək fəaliyyətində uğurlar arzulayıb. Bu mətni mənə rus və ingilis dilinə tərcümə et. rəsmi və professional olsun.