Cahan_Az

Naxçıvan Motors

Cahan Holdinq Şirkətlər İttifaqına daxil olan Naxçıvan Motors MMC.

Artıq 20 ildir Azərbaycan ərazisində yerli və dünyanın müxtəlif ölkələrində istehsal olunan yeni model avtomobillərin satışını və texniki servis xidmətlərini təşkil edən aparıcı şirkətlərdən biridir.

Əsas məqsədimiz – müştərilərimizə ən yüksək keyfiyyətli məhsulları təqdim etməklə onların ehtiyaclarını qarşılamaq və maksimum məmnunluq təmin etməkdir.

Müəssisədə müştərilərin tələblərinə uyğun yüksək keyfiyyətli yerli istehsal olan avtomobillərlə yanaşı dünya ölkələrinin brend markalarının satışına da xüsusi yer verilir.

Naxçıvan Motors MMC olaraq müştərilərimizə ən yaxşı Satış Sonrası Xidmət təqdim etmək üçün bütün səylərimizi ortaya qoyuruq.

Avtomobil satış mərkəzində Dunya brendləri- Toyota, Hyundai, Kia, Changan, BYD, Lifan, Faw markalı avtomobillər təklif olunur.

Bununla yanaşı müştəri məmnunluğunu nəzərə alıb sifariş əsasında Dunya avtomobil brendlərinin satışı həyata keçirilir.

 

Rəsmi Servis Mərkəzlərində avtomobilləri yüksək ixtisaslı mütəxəssis və ustaların xidmətlərindən geniş istifadə etməklə təmir etmək olar.