Cahan_Az

Naxçıvan Avtomobil Zavodu

2019-cu ildən etibarən Çinin “FAW” avtomobil istehsalçısı da “Cahan Holdinq”in rəsmi tərəfdaşı kimi Azərbaycana gətirilmişdir.

 

“FAW” markalı avtomobillərin Azərbaycandakı rəsmi distribütoru olan “Cahan Motors” şirkəti bu avtomobillərin satışını və servis xidmətini öz avtosalonlarında təşkil edib. Bundan əlavə, Naxçıvan Avtomobil Zavodunda bu brendin bəzi modellərinin yığımına başlanılıb.

Naxçıvan Avtomobil Zavodu, Azərbaycanın avtomobil sənayesində önəmli yer tutan, dinamik inkişaf edən müəssisələrdən biridir. Zavodda istehsal olunan və yüksək keyfiyyəti ilə seçilən Livan markalı avtomobillər ölkədə tanınan brendlər sırasındadır. Müəssisə “Cahan Holdinq”-ə daxildir və ölkədə avtomobil istehsalı və satışı sahəsində mühüm rol oynayır.

NAZ Cahan Holdinq-in tərkibində fəaliyyət göstərən istehsal fabrikidir.

 

Cahan Holdinq isə Naxçıvanda əsası qoyulmuş, bir sıra sahələri əhatə edən güclü və sürətlə böyüyən bir şirkətlər qrupudur.

 

Holdinqin əsas məqsədlərindən biri yerli sənayeni inkişaf etdirmək, ölkə iqtisadiyyatına töhfə vermək və dünya standartlarına uyğun məhsullar istehsal etməkdir. 

NAZ-ın, məhz bu məqsədlər çərçivəsində yaradılmış və avtomobil sənayesində ciddi addımlar atmağa başlamışdır. Şirkət, həm yerli bazarın tələbatını ödəməyə çalışır, həm də regional və beynəlxalq səviyyədə rəqabət qabiliyyətli məhsullar təqdim etməyə can atır.

NAZ müəssisəsi müasir texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Zavodda avtomobil yığım xətti, keyfiyyətə nəzarət avadanlıqları, ehtiyat hissələrinin anbarı və müasir logistik mərkəzlər fəaliyyət göstərir.

NAZ avtomobilləri Çinmənşəli “Livan” şirkətinin lisenziyası əsasında istehsal olunur. Burada avtomobillərin montajı, sınaqları və satışdan əvvəl son yoxlanışları həyata keçirilir. NAZ ölkə üzrə geniş servis və satış şəbəkəsinə malikdir.