Cahan_Az

Layihələr

Naxçıvan Şəhərində yeni yaşayış kompleksi

İnşa olunan kompleks tez bir zamanda şəhərimizin gözəlləşməsinə öz töhfəsini verəcəkdir. "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqınının tərkibində fəaliyyət göstərən İnşaat sektoru Bakı və Naxçıvan şəhərində yaşayış kompleksinin tikintisinə başlayaraq qısa müddət ərzində sakinlərinin istifadəsinə verilməsinə müvəffəq olmuşdur.

Sənaye Kompleksi

Bütün sənaye obyektlərimizi bir yerə toplayaraq müasir Sənaye Kompleksi qururuq. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının yeni layihələrindən biri də “Cahan Sənaye Kompleksi”dir.Layihə “Cahan İnşaat” MMC-nin Mənzil-Tikinti İdarəsi tərəfindən həyata keçirilir. Layihəyə əsasən “Cahan Sənaye Kompleksi”nin ərazisində “Cahan Holdinq”in Naxçıvan şəhərində olan inzibati idarəsi, qida və sənaye istehsal müəssisələri tikiləcəkdir.

Şahbuz şəhər Su Təmizləyici Qurğular Kompleksi

“Cahan Holdinq” KŞİ-nın layihələrindən biri də “Şahbuz şəhər Su Təmizləyici Qurğular Kompleksi”dir. Layihə “Cahan İnşaat” MMC-nin Su və Kanalizasiya Xətlərinin Tikinti-Quraşdırma idarəsi tərəfindən icra olunmaqdadır. Kompleksdə qurulan qurğular Türkiyədən və İspaniyadan gətirilmişdir. Həmin qurğular yerli və xarici mütəxəssislər tərəfindən qurularaq hazır vəziyyətə gətirilmişdir.

Əyləncə Adası

“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələrinin yaradılmasına da nail olmuş, 2014-cü ildə istifadəyə verilən “Əyləncə Adası”nda əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan ticarət mərkəzi müasir memarlıq üslubunda inşa olunmuşdur.Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır.

Naxçıvançay Körpüsü

“Cahan İnşaat” MMC-nin Mənzil Tikinti İdarəsi tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilmiş Naxçıvançay Körpüsü şəhərimizə xüsusi bir gözəllik bəxş edir.Bu layihə əsasında körpü ətrafında təmizlik-abadlıq işləri aparılmış, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün körpünün ətrafında səkilər bərpa olunmuşdur. Körpünün bərpa və təmir işlərində İtalyan istehsalı boyadan, paslanmaz polad kəndirlərdən, Bakı istehsalı üzlük daşlardan istifadə olunmuşdur. Körpüdə yeni və müasir tipli işıqlandırma sistemi quraşdırılıb ki, bu da şəhərə xüsusi bir estetik gözəllik verir.

Tudor Logistika

Tudor Logistika daxili və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərən bir şirkətdir. Fəaliyyətimizin əsasını sadəlik, dəqiqlik və operativlik təşkil edir. Müxtəlif növ yüklərin vaxtında və təhlükəsiz şəkildə daşınması üçün praktik həllər təklif edirik.Şirkətimizin inzibati və logistika binası Cahan İnşaat MMC tərəfindən inşa edilib. Müasir tikinti standartlarına uyğun olaraq qurulmuş bu infrastruktur, xidmətlərimizin daha səmərəli təşkili üçün imkan yaradır. Bizim üçün əsas olan – yükün düzgün, vaxtında və problemsiz şəkildə ünvana çatmasıdır. Müştərilərimizlə qarşılıqlı anlaşma və uzunmüddətli əməkdaşlıq bizim üçün önəmlidir.

REGES Park Residence - Ağ şəhər

Reges Park Residence, Bakının nüfuzlu Ağ Şəhər ərazisində yerləşən premium yaşayış kompleksidir. Layihə 2017–2018-ci illərdə inşa edilmiş və artıq istifadəyə verilmişdir. Ünvanı Nobel prospekti, Mərkəzi Bulvar küçəsi 36-dır. 7 mərtəbəli binadan ibarət olan bu kompleks geniş mənzil planları, müasir memarlıq tərzi və komfortlu yaşayış şəraiti ilə fərqlənir. Mənzillərdə mərkəzləşdirilmiş kondisioner sistemi, kombi istilik, geniş pəncərələr, balkonlar və yüksək keyfiyyətli interyer dizaynı mövcuddur. Ərazidə uşaq meydançası, yaşıl sahələr, park yeri və digər sosial infrastruktur obyektləri yerləşir. Reges Park Residence, şəhərin əsas obyektlərinə – Heydər Əliyev Mərkəzinə, Luna Parka, Yuva Zoo-ya və Mini Venesiyaya yaxın məsafədə yerləşir.

Gənclər şəhəri 2

“Gənclər Şəhərciyi” layihəsi Naxçıvan şəhərində CAHAN İNŞAAT MMC tərəfindən həyata keçirilmiş iri miqyaslı bir yaşayış kompleksidir. Layihənin əsas məqsədi gənc ailələrin yaşayış şəraitini yaxşılaşdırmaq, onlara təhlükəsiz və rahat mühit yaratmaq olmuşdur.Bu kompleksdə ümumilikdə 456–506 mənzil tikilmişdir. Mənzillər geniş, işıqlı və müasir standartlara uyğun şəkildə layihələndirilmişdir.Layihənin maliyyələşdirilməsi Sahibkarlar Fondu tərəfindən dəstəklənmiş və ümumilikdə 3 milyon manat məbləğində güzəştli kredit ayrılmışdır. Tikinti işlərində yerli materiallardan istifadə olunmuş, yüksək keyfiyyət və texnoloji standartlara uyğun işlər görülmüşdür.

Gənclər şəhəri 3

Gənclər Şəhərciyi 3, Naxçıvan şəhərində Cahan Holding tərəfindən həyata keçirilən müasir yaşayış kompleksidir. Layihənin məqsədi gənc ailələr üçün təhlükəsiz, rahat və sosial infrastrukturla zəngin mənzil şəraiti yaratmaqdır. Layihənin təməli 2019-cu ildə qoyulmuş və çoxmərtəbəli binalardan ibarət kompleks inşa edilmişdir.Kompleksdə ümumilikdə 456 mənzil yerləşir. Mənzillər bir otaqlı, iki otaqlı, üç otaqlı və dörd otaqlı olmaqla müxtəlif ölçü və tipdədir. Layihənin maliyyələşdirilməsində Sahibkarlar Fondu tərəfindən 3 milyon manat güzəştli kredit ayrılmışdır. Mənzillərin bir qismi ipoteka şərtləri ilə gənc ailələrə təqdim olunmuşdur.