Cahan_Az

İnşaat Bazarı

İnşaat bazarı bölməsi həm topdan, həm də pərakəndə satış sahəsində fəaliyyət göstərir. Məqsədimiz – müştərilərimizə geniş çeşidli məhsullar təqdim etməklə yanaşı, onların məmnuniyyətini və ehtiyaclarını tam şəkildə qarşılamaqdır. Müasir bazar tələblərinə uyğun olaraq, bölməmiz məhsul keyfiyyəti, münasib qiymət siyasəti və çevik xidmət prinsipləri ilə seçilir.

“Alış-Veriş Mərkəzi” MMC-nin İnşaat bazarı bölməsi Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən dövlət qurumlarına, özəl təşkilatlara, ticarət obyektlərinə və fiziki şəxslərə topdan və pərakəndə satışlar həyata keçirir.

 

Bölmədə müxtəlif inşaat materiallarının satışı təmin olunur. Satışa təqdim olunan məhsullar arasında dam örtükləri və onların aksessuarları, sement əsaslı toz məhsulları, taxta və dik materiallar, armatur, profil, borular və boru üçün nəzərdə tutulan aksessuarlar, plastik borular və PVC məhsulları yer alır.

Ümumilikdə İnşaat bazarı bölməsində 500-dən artıq adda məhsul müştərilərə təqdim olunur. Məhsullar keyfiyyətinə, çeşid zənginliyinə və bazar tələblərinə uyğunluğu ilə seçilir.

Tərəfdaşlar: “Cahan Sənaye Məhsulları”, “Metak”, “Mətanət A”, “Norm” ASC, “Reges Tikinti Materialları”, “Ural Kompozit”, “Fırat Boru”, “Baku Steel Company”.