Cahan_Az

Xəbərlər

“İnkişafa Doğru” İctimai Birliyi aztəminatlı ailələrə, veteranlara və şəhid ailələrinə sosial dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.

“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi aztəminatlı ailələrə, müharibə veteranlarına və şəhid ailələrinə dəstək olmaq, onların sosial problemlərinin həllinə töhfə vermək məqsədilə fəaliyyət göstərir.

Birlik tərəfindən təşkil olunan yardım və hüquqi maarifləndirmə tədbirində “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak etmişdir. Tədbir zamanı birliyin həyata keçirdiyi sosial layihələr və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilmişdir. Sosial inkişaf və yardım sahəsindəki fəaliyyətinə görə Vüqar Abbasov təşəkkürnamə ilə təltif edilmişdir.