Layihənin məqsədi gənc ailələr üçün təhlükəsiz, rahat və sosial infrastrukturla zəngin mənzil şəraiti yaratmaqdır. Layihənin təməli 2019-cu ildə qoyulmuş və çoxmərtəbəli binalardan ibarət kompleks inşa edilmişdir.Kompleksdə ümumilikdə 456 mənzil yerləşir. Mənzillər bir otaqlı, iki otaqlı, üç otaqlı və dörd otaqlı olmaqla müxtəlif ölçü və tipdədir. Layihənin maliyyələşdirilməsində Sahibkarlar Fondu tərəfindən 3 milyon manat güzəştli kredit ayrılmışdır. Mənzillərin bir qismi ipoteka şərtləri ilə gənc ailələrə təqdim olunmuşdur.