Cahan_Az

Əyləncə Adası

“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələrinin yaradılmasına da nail olmuş, 2014-cü ildə istifadəyə verilən “Əyləncə Adası”nda əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır.

 

 

3 mərtəbədən ibarət olan ticarət mərkəzi müasir memarlıq üslubunda inşa olunmuşdur. Binada lift sistemi quraşdırılmış, iş otaqları istifadəyə verilmişdir.
Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır.

Müasir görkəmi və memarlıq üslubu ilə seçilən ticarət mərkəzi əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaratmışdır. Məlumat üçün qeyd edək ki, layihəyə uyğun olaraq, yeni korpusun zirzəmi qatı mal və materialların ehtiyat anbarı, birinci mərtəbə uşaq, böyük və qadın geyim mağazaları, uşaq oyun sahəsi, həmçinin kafeteriya, ikinci mərtəbə isə çilçıraq və yataq, mətbəx, ofis, yumşaq mebel dəstlərinin, tül pərdə, yataq örtüyü, hamam dəstləri, xalça və yer döşəmələri, ev aksesuarlarının satışı üçün nəzərdə tutulmuşdur