Cahan_Az

“ENNA” adının mənası “EN”enerji, “NA” Naxçıvan, yəni “Enerji Naxçıvan” kəlmələrini ifadə edir. 2022-ci ildə istifadəyə verilən müəssənin illik istehsal gücü üç növbəli iş rejimi ilə 200 milyon dəmir banka olmuşdur. Müəssisə Türkiyə, Almaniya və digər Avropa ölkələrindən gətirilmiş avadanlıqlarla təhciz olunub.

Alman brendi Krones inovativ texnoloji avadanlıqla təchiz olunmuş istehsal xətti saatlıq 40 min illik isə 250 milyon banka içki istehsal etmək qabiliyətinə malikdir. Qafqazda ən böyük istehsal gücünə malik zavod yerləşdiyi əlverişli coğrafi mövqeyi ilə yerli və xarici bazara geniş çeşiddə məhsul təqdim etməyi hədəfləyir. 

Məqsədimiz istehsalçısı olduğumuz məhsulların keyfiyyətinin və müştəri məmnuniyyətinin hər zaman ən yüksək səviyyədə qalmasını təmin etməkdir..

Brendlər

“Buzz Tea” , “Plus Ower”, “Dinamit”, “Buzz Cola”

“ENNA” MMC Muxtar Respublikada ilk dəfə enerji içkilərinin istehsalına başlayır. Bu istehsalla Muxtar Respublikanın enerji içəcəklərinə olan tələbatı ödəniləcəkdir.

Fəaliyyətimiz Enerji içkilər, alkoqolsuz içkilər və soyuq çaylar istehsal edərək daxili və xarici bazarda içkiyə olan tələbatı rəqabətcil bir şəkildə təmin etməkdir.

 

Fəaliyyət göstərdiyimiz içki sektorunda inovativ şirkət olmaq üçün qət etdiyimiz bu uzun yolda məhsul portfelimizdəki yeniliklərə böyük əhəmiyyət veririk.İstehlakçı tələbatına uyğun olaraq portfelimizdəki məhsullarımızı hər keçən gün artıraraq tələb təklif balansını qoruyuruq. Biz hər zaman məsuliyyətimizin fərqindəyik, şəffaf və korporativ olmağa diqqət yetirərək,çıxdığımız yolda hər bir inkişafı, tendensiyanı dəqiqliklə izləyib, dəyərləri inovatif şəkildə idarə etmək məsuliyyəti ilə yolumuza davam edəcəyik.