Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin nümayəndələri “Cahan Şirkətlər Qrupu”nun idarə heyəti ilə görüş keçiriblər.
Görüş zamanı Dövlət Ehtiyatları Agentliyinin yaradılma məqsədləri, fəaliyyət istiqamətləri və dövlət ehtiyatlarının formalaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gələcək birgə fəaliyyət perspektivləri müzakirə olunub.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcəkdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ilə bağlı razılıq əldə edilib.