Dinamit enerji içkisi 2022-ci ildən etibarən “Enna MMC” tərəfindən istehsal edilir. Dinamit müştəri və istehlakçı məmnuniyyətini təmin etmək üçün dünya standartlarına cavab verən texnologiyalar əsasında hazırlanmış enerji içkisidir.
Dinamit, tərkibindəki taurin, kofein, inozitol və qlukoronolakton miqdarı ilə əsl enerji içkisi standartlarına cavab verir. İçki istehsala başladıqdan etibarən müştəriyə qədər “təmassız istehsal prinsipləri” ilə hazırlanır. Dinamit enerji içkisi öz müştərilərinə 250 ml və 500 ml qablaşdırmalarda təqdim olunur.