Cahan_Az

Xəbərlər

“Cahan”da əməkdaşlar üçün əyləncə tədbirləri keçirilir

Cahan Şirkətlər Qrupu”nda mütəmadi olaraq əməkdaşlarımız üçün əyləncə xarakterli tədbirlər təşkil olunur.

 

Növbəti belə bir tədbir “ Şah-96” MMC-də keçirilib. Kollektiv ruhun gücləndirilməsi və əməkdaşlar arasında pozitiv münasibətlərin təşviqi məqsədilə keçirilən bu tədbir iş günündən sonra həm istirahət, həm də sosiallaşma imkanı yaradır. 

 

Belə təşəbbüslər komandadaxili əlaqələri möhkəmləndirməklə yanaşı, ümumi iş mühitinə də müsbət təsir göstərir.