Cahan_Az

"CAHAN Tea" MMC

Cahan Çay MMC 2006-cı ildən fəaliyyətə başlamışdır. Fabrikin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Müəsissə ilk olaraq Araz, Əlincə, Eleqant sonra isə Tudor markası adı ilə 100 qr, 250 qr və 500 qr-lıq çay qutularının paketlənməsi ilə istehsala başlamışdır.

Müəsissə aylıq 20-25 ton çay ,80-100 ton qənd və şəkər tozu istehsal və paketləmə gücünə malikdir. Fabrikimiz 2021-ci ildə müasir standartlara cavab verən yeni binaya köçmüş,avadanlıq və istehsal xətlə yenilənmişdir.Məqsədimiz rəqabətə davamlı məhsul istehsal edərək,daxili bazarın tələbatını yerli məhsulları hesabına ödəməkdir.

Müəssisədə “Seylon” çayının dörd növü qablaşdırılır. Çay məhsulları müxtəlif çəki və formatlarda – həm açıq şəkildə, həm də fərdi istifadə üçün nəzərdə tutulmuş 2 qramlıq paketlərdə təqdim olunur. Gündəlik istehsal gücü 5 tona çatan müəssisədə geniş çeşiddə məhsullar hazırlanır.

Şirkət həm də Naxçıvan bölgəsində yetişən müalicəvi əhəmiyyətli təbii ot bitkilərinin toplanması, emalı və qablaşdırılması ilə məşğuldur. Bu otlarla çay qarışıqları hazırlanaraq müxtəlif ölçülü qutularda istehlakçılara təqdim edilir.

“Cahan Tea” çay satışında Respublika üzrə aparıcı mövqelərdən birini tutur.

Istehsal etdiyimiz çayın xammalı uzun illərdir tərəfaşlıq etdiyimiz Akbar Brother LTD şirkətindən alınır.Bir neçə il Akbar markalı çay müəsissəmiz tərəfindən 100 qr,250 qr və 500 qr qutularda paketlənərək istehsal edilmişdir.