Cahan_Az

Xəbərlər

“Cahan Şirkətlər Qrupunda Meksika səfir müavini ilə görüş keçirilib”.

İyunun 19-da Cahan Şirkətlər Qrupunun inzibati binasında Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfir müavini İvan Qarsianın iştirakı ilə görüş keçirilib.

Görüş tərəflərin qarşılıqlı salamlama nitqləri ilə başlayıb. Daha sonra səfir müavini görüşün məqsədi barədə məlumat verərək bildirib ki, cari ilin aprel ayında Meksikanın Azərbaycandakı səfirinin Naxçıvanda keçirilən mədəniyyət sərgisində iştirakı zamanı şəhər haqqında formalaşan müsbət təəssüratlar, eləcə də yerli şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyəti belə görüşlərin keçirilməsini zəruri edib. Bu baxımdan, Cahan Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri və gələcək əməkdaşlıq imkanları ilə daha yaxından tanış olmaq məqsədilə görüş təşkil olunub.

Görüş zamanı Cahan Şirkətlər Qrupunun müşaviri Daşqın Rəhimov və aparat rəhbəri Azər Cəfərov tərəfindən şirkətin fəaliyyət sahələri, tərkibində fəaliyyət göstərən müəssisələr, həyata keçirilən layihələr, həmçinin beynəlxalq sərgilərdə və biznes tədbirlərində iştirakı barədə qonaqlara ətraflı məlumat verilib.

Müzakirələr zamanı səfir müavini yaxın vaxtlarda onlayn formatda keçiriləcək biznes forumunda Azərbaycan iş adamlarının iştirakını məmnunluqla qarşılayacaqlarını bildirib. O, həm turizm sahəsində, həm də iki ölkə arasında iqtisadi və işgüzar əlaqələrin inkişaf etdirilməsi istiqamətində Meksika səfirliyinin hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb.