Buzz Tea – Soyuq çaylarımız yüksək keyfiyyətli qara çay ekstraktı ilə hazırlanır. İstehsalda tətbiq etdiyimiz müasir texnologiyalar sayəsində, bazardakı rəqiblərimizdən fərqli olaraq, məhsullarımız tamamilə konservantsız istehsal olunur. Bu isə həm insan sağlamlığı, həm də marka dəyərimiz üçün mühüm üstünlükdür.
Yüksək keyfiyyətli çay yarpaqlarından hazırlanan Buzz Tea çaylarını hər zövqə uyğun müxtəlif dadlarda sizə təqdim etdik: yayın şirin dadını sevənlər üçün “Buzz Tea Şaftalı”, subtropik dad sevənlər üçün “Buzz Tea Mango və Ananas”, klassik dad sevənlər üçün “Buzz Tea Limon”.
Missiyamızın əsas hissəsi məhsullarımızı ölkə daxilində geniş şəkildə əlçatan etmək və çay sevənlərin sevimli içkisinə çevrilməkdir.