Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq çərçivəsində Biznes Forumu keçirilib.
Mayın 8-də Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci Müddətli Toplantısı çərçivəsində Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) əməkdaşlığı ilə geniş tərkibli Biznes Forumu təşkil olunub.
Açılış mərasimində Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çıxış edərək iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinin yüksək səviyyəsindən və strateji tərəfdaşlıqdan bəhs ediblər. Forum çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə görüşlər keçirilib.
Tədbirdə Azərbaycanın aparıcı şirkətləri ilə yanaşı, “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak edib. Şirkət nümayəndələri potensial tərəfdaşlarla əlaqələr qurmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə forum çərçivəsində keçirilən tədbirlərdə aktiv iştirak ediblər.