Cahan_Az

Xəbərlər

“Azərbaycan–Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası Budapeştdə keçirilib”

Sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. İclasdan əvvəl Azərbaycan nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

İclasda Maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini, genişləndirilməsi imkanlarını və Birgə Komissiyanın növbəti iclasının gündəliyini müzakirə ediblər. Qeyd edək ki, iclasda “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti də iştirak etmişdir.