Aprelin 16-da Bakıda Milli Biznes İnkişafı Forumu start götürüb. Forumun əsas məqsədi hökumət və biznes arasında dialoqu inkişaf etdirmək, kommunikasiyanı genişləndirmək və ölkə iqtisadiyyatının müxtəlif sahələrindəki təklifləri müzakirə etməkdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov və digər aparıcı qurumların rəhbərləri çıxışlar etmişdir.
Forumda Azərbaycanın nəqliyyat və rəqəmsal inkişaf sahəsində görülən işlər, həyata keçirilən infrastruktur layihələri və gələcək planlar müzakirə edilib.Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti də iştirak edib.