Cahan_Az

Tarixçə

1995

“Cahan Holdinq” təsis edilib.

2005

“Bazar” MMC fəaliyyətə başlayıb. 200 ədəd mağaza tikilərək sahibkarların istifadəsinə verilmişdir.

2006

“Cahan Pen” MMC və “Cahan Pen” satış bölməsi, Qapı-Pəncərə sexi , “Cahan Tobacco” MMC , “Cahan Tea” MMC, "Naxçıvan Avtomobil Zavodu" fəaliyyətə başlamışdır.

2007

“Cahan Ticarət” MMC üçün 100 ədəd meyvə-tərəvəz köşkü, 122 ədəd paltar satışı köşkü və 32 ədəd mağaza tikilərək istifadəyə verilmişdir. "Cahan İnşaat" MMC, "CDHN" təsis edilmişdir.

2008

“Cahan Sənaye Kompleksi” ASC, "İnşaat bazarı bölməsi" təsis edilmişdir.“Cahan Pen” MMC fəaliyyəti ilə bağlı olaraq Naxçıvan Muxtar Respublikasında “Biznesdə uğur mükafatı”na layiq görülmüşdür. Panel Radiator və Dam örtükləri zavodu fəaliyyətə başlamışdır. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı “İlin Holdinqi” və “İlin brendi” fəxri adlarına layiq görülmüşdür.

2008

Habanos 2008-ci ildən etibarən fəaliyyətə başlamışdır. Şirkət, tütün məmulatlarının idxalı və satışı sahəsində ixtisaslaşaraq, qısa zamanda bazarda tanınmış brendlərin distribütoru kimi mövqeyini möhkəmləndirmişdir.

2009

“Cahan Radiator” satış bölməsi yaradılmışdır. İyul ayında “Hyundai“ rəsmi dileri “Cahan Motors”un vasitəçiliyi ilə Naxçıvanda fəaliyyətə başladı. “Castrol” firmasının rəsmi dileri olaraq “Cahan Motors” “Castrol” məhsullarının satışına start verdi.

2010

"Naxçıvan Motors" MMC fəaliyyətə başlamışdır. İstehsal xətləri yenilənib.İstehsalın həcmi genişləndirilərək müəssisələrin istehsal gücü artırılmışdır. Yeni şirkətlərin yaradılmasına nail olunub.

2010

Cigars 2010-cu ildə fəaliyyətə başlamışdır. Şirkət əsasən premium tütün məmulatlarının satışını həyata keçirir və bu sahədə müştərilərə yüksək keyfiyyətli məhsullar təqdim etməyi qarşısına məqsəd qoymuşdur. Cigars, Cahan Holdinqin tütün sənayesindəki peşəkar yanaşmasını əks etdirən layihələrindən biri olaraq, illər ərzində etibarlı və seçilən bir brendə çevrilmişdir.

2011

“Cahan AVM” MMC , "1001 Home" oktyabr ayının 15-də fəaliyyətə başlayıb.“Cahan Motors” yeni binasında həm servis, həm də nümayiş zalı (Showroom) olaraq fəaliyyətə başlayır.

2012

"Cahan Red-2" MMC 65 dünya ölkəsi arasında Redbull satışında 1-ci yeri tutmuşdur.1995-ci ildən fəaliyyət göstərən "Cahan Holdinq" Kommersiya Şirkətləri İttifaqının Bazarlama işləri "Cahan Ticarət" MMC adı altında fəaliyyətə başladı.

2013

“Cahan Trans” MMC, "Cahan Əmlak" təsis edilmişdir.“Rüsumsuz mağaza” aprel ayının 12-də Culfa gömrük idarəsinin ərazisində, Azərbaycan - İran sərhəd buraxılış məntəqəsində fəaliyyətə başlamışdır. Naxçıvanda “Cahan Avtomobil Texniki Xidmət Müəssisəsi” yaradılmışdır.

2014

2014 -cü ildə “Gənclər şəhəri” layihəsinə başlanılıb. “Gənclər Şəhəri” layihəsi möhtəşəm miqyası və müasir yanaşması ilə seçilən mühüm yaşayış və inkişaf layihələrindən biridir.

2015

"Əyləncə Adası" bölümü, 2015-ci ildən etibarən fəaliyyətə başlamış və müştərilərinin istifadəsinə təqdim olunmuşdur. Bu əyləncə və istirahət məkanı, 14.400 m² ərazidə inşa edilmişdir. Böyük bir hissəsi iki mərtəbəli əsas binadan ibarət olan "Əyləncə Adası", əlavə olaraq həyətində yerləşən istirahət parkı ilə də ziyarətçilərinə rahat və əyləncəli bir mühit təqdim edir.

2015

Naxçıvançay körpüsündə təmir-bərpa işləri aparılaraq, daha gözəl və estetik şəklə salınıb təkrar istifadəyə verilmişdir.Naxçıvan sakinlərinə xidmət edəcək analoqu olmayan “Park kafe” layihəsinə başlanılıb. "Əyləncə adasl" fəaliyyətə başlamışdır.

2016

“Cahan Gənclər Şəhərciyi” layihəsi Naxçıvan şəhərndə inşa olunmuşdur. Layihə çərçivəsində ümumilikdə 456 mənzil və 53 mağaza uğurla satışa çıxarılmış, yaşayış sahələrinin sakinlərə təhvili isə 2016-cı ildə başa çatdırılmışdır.

2017

“Banu Şadlıq Sarayı” 2017-ci ildə fəaliyyətə başlamışdır. Müasir dizaynı, geniş və zövqlü interyeri ilə seçilən məkan, toy, nişan, ad günü və digər əlamətdar tədbirlərin yüksək səviyyədə təşkili üçün ideal seçimdir. Açıldığı gündən etibarən müştəri məmnuniyyətinə önəm verərək keyfiyyətli xidmət təqdim edir.

2017

"Ulduzlar" 2017-ci ildə fəaliyyətə başlamışdır. Bu sahə müasir logistika və anbar sistemləri ilə təchiz olunaraq müxtəlif sənaye və kommersiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

2021

“Cahan Əmlak” MMC-nin 2019-cu ildə başladığı “Ümid 1” yaşayış kompleksi 132 mənzil və 1 mağaza satışa çıxarılmış və 2021-ci ildə uğurla tamamlanaraq sakinlərin istifadəsinə verilmişdir. Layihə şəhər infrastrukturuna uyğun olaraq müasir yaşayış standartlarına cavab verən şəkildə planlaşdırılmış və keyfiyyətli inşaat prinsipləri ilə inşa olunmuşdur.

2022

"ENNA" rəsmi olaraq fəaliyyətə başlamışdır. "ŞAH-96" MMC 2024-cü ildə yaradılmış və Azərbaycan ərazisində müəyyən tütün məmulatlarının distribusiyası və marketinqi ilə məşğul olan aparıcı şirkətlərdən biridir.

2023

"Magna İnşaat" MMC 16 yanvar tarixində fəaliyyətə başlamışdır. "Viza-PB" isə 3 apreldən etibarən fəaliyyət göstərir. Şirkət operativlik və müştəri məmnuniyyətini əsas tutaraq müxtəlif sahələrdə layihələrə imza atır.

2024

Davidoff 2024-cü ildə fəaliyyətə başlamışdır. Şirkət, dünya şöhrətli Davidoff brendinin premium siqar və tütün məhsullarını Azərbaycan bazarına təqdim etməklə fərqlənir. Marka, tütün mədəniyyətinə dəyər verən müştərilər üçün eksklüziv seçimlər təqdim edir.

2025

“Cahan Əmlak” MMC tərəfindən həyata keçirilən “Ümid 2” yaşayış kompleksi layihəsinə 2021-ci ildə start verilmiş və 2025-ci ildə uğurla tamamlanmışdır. Layihə Naxçıvan şəhərində yerləşir və ümumilikdə 192 mənzil və 46 mağazanın satışını əhatə edir. Estetik memarlıq və funksional planlaşdırması ilə sakinlərin rahatlığı və təhlükəsizliyi nəzərə alınaraq hazırlanmışdır.